“Saudi Aramco” neft tədarükünü artıracaq

“Saudi Aramco” neft tədarükünü artıracaq
Energetika
169
10 Mart , 2020 13:45
“Saudi Aramco” neft tədarükünü artıracaq

Dünyanın ən iri neft-qaz şirkəti olan “Saudi Aramco” aprel ayında gündəlik neft tədarükünü 12,3 milyon barelədək artıracaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Aramco” rəhbəri Əmin Nasir bildirib.

O, həmin rəqəmin istehsalat gücünü 300 min barel üstələdiyini deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı neft hasilatını indiyədək 9,7 milyon barel çərçivəsində saxlayırdı.