“Saudi Aramco” Asiya ölkələri və ABŞ üçün qiymətləri artırır

“Saudi Aramco” Asiya ölkələri və ABŞ üçün qiymətləri artırır Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” gələn aydan Asiya ölkələrində və ABŞ-dakı müştəriləri üçün qiymətləri artırır.
Energetika
124
4 Avqust , 2021 16:50
“Saudi Aramco” Asiya ölkələri və ABŞ üçün qiymətləri artırır

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” gələn aydan Asiya ölkələrində və ABŞ-dakı müştəriləri üçün qiymətləri artırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Asiyadan olan alıcılar üçün “Arab Light” markalı neftin 1 barelinin qiyməti 0,3 ABŞ dolları artırılacaq.

Son nəticədə həmin neft Oman və Dubay neftinin hər barelindən 3 dollar baha satılacaq. ABŞ üçün isə qiymət 0,1-0,2 dollar artırılacaq.

Paralel olaraq “Saudi Aramco" Şimal-Qərbi Avropa ölkələri üçün qiymətləri 0,5-0,7 dollar endirəcək.

Son xəbərlər

Orphus sistemi