Samux rayonunda Yenikəndə ilk dəfə qaz verilib

Samux rayonunda Yenikəndə ilk dəfə qaz verilib Kəndin 246 abonenti qazla təmin olunub
Energetika
23 Dekabr , 2015 13:53
Samux rayonunda Yenikəndə ilk dəfə qaz verilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Samux rayonunun Yenikənd kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 246 abonenti olan Yenikənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 400 metrlik polietilen və 19 851 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 246 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi