Şamaxının Çölgöylər kəndi qazlaşdırılır - FOTO - VİDEO

Şamaxının Çölgöylər kəndi qazlaşdırılır - FOTO - VİDEO Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şamaxı rayonunun Çölgöylər kəndində qazlaşdırılma işləri aparılır.
Energetika
14 Mart , 2019 19:17
Şamaxının Çölgöylər kəndi qazlaşdırılır - FOTO - VİDEO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şamaxı rayonunun Çölgöylər kəndində qazlaşdırılma işləri aparılır.

“Report”a İstehsalat Birliyindən verilən məlumata görə, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Bildirilib ki, kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 110-dan artıq fərdi ev mavi yanacaqla təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Ümumilikdə, 2019-cu ilin yanvar-fevral ayları ərzində 81,7 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunub:

“Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq”.

Son xəbərlər

Orphus sistemi