Şamaxı və Şəmkirdə qaz təchizatında məhdudiyyətlər olacaq

Şamaxı və Şəmkirdə qaz təchizatında məhdudiyyətlər olacaq Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək diametri 315 və 159 mm olan orta təzyiqli qaz xətlərində aparılacaq təmir işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində qaz verilişində fasilələr olacaq.
Energetika
30 Oktyabr , 2019 09:33
Şamaxı və Şəmkirdə qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək diametri 315 və 159 mm olan orta təzyiqli qaz xətlərində aparılacaq təmir işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində qaz verilişində fasilələr olacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün saat 14:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq.

Son xəbərlər

Orphus sistemi