"Saipem S.p.A." Azərbaycandakı nümayəndəliyini ləğv edir

"Saipem S.p.A." Azərbaycandakı nümayəndəliyini ləğv edir Bakı. 25 aprel. REPORT.AZ/ İtaliyanın Saipem S.p.A. şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir.
Energetika
25 Aprel , 2018 08:37
Saipem S.p.A. Azərbaycandakı nümayəndəliyini ləğv edir

Bakı. 25 aprel. REPORT.AZ/ İtaliyanın "Saipem S.p.A." şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir.

"Report" xəbər veri ki, bu barədə şirkətin kreditorlarına müraciətində deyilir.

Müraciətə görə, kreditorlar 2 ay ərzində öz tələblərini Nizami küçəsi 96, Landmark 1-in 3-cü mərtəbəsində yerləşən ünvana bildirə bilərlər.

Qeyd edək ki, "TAP AG" Konsorsiumu İtaliyanın "Saipem SpA" şirkəti ilə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin dəniz hissəsi ilə bağlı Mühəndislik, Təchizat, Tikinti və Quraşdırma (EPCI) üzrə müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi