“Azəriqaz”da şahmat, nərd və dama üzrə yarışların qalibləri mükafatlandırıldı

“Azəriqaz”da şahmat, nərd və dama üzrə yarışların qalibləri mükafatlandırıldı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində “Gənclər Günü”nə həsr olunmuş stolüstü oyunlar (şahmat, nərd, dama) üzrə yarışların qalibləri mükafatlandırılıb.
Energetika
5 Fevral , 2020 17:10
“Azəriqaz”da şahmat, nərd və dama üzrə yarışların qalibləri mükafatlandırıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində “Gənclər Günü”nə həsr olunmuş stolüstü oyunlar (şahmat, nərd, dama) üzrə yarışların qalibləri mükafatlandırılıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov qalibləri təbrik edərək bildirib ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli idman tədbirlərinə ev sahibliyi etdiyi bir vaxtda belə yarışlarda fəal iştirak etmək hər bir işçinin əsas vəzifələrindən biri olmalıdır.

Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov yarışların əhəmiyyətindən danışaraq bildirib ki, belə yarışlar əməkdaşların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə xidmət göstərir. Ə.Qurbanov bu yarışların Birliyin işçiləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini də qeyd edib.

Qeyd edək ki, 44 iştirakçının (16 nəfər nərd, 12 nəfər şahmat, 16 nəfər dama) mübarizə apardığı yarışlara yanvarın 31-də start verilib. Yekun nəticəyə əsasən nərd yarışında qalib adını mühəndis Namiq Əliyev qazanıb. Zaur Adınayev ikinci, Elçin Xəlilov üçüncü olublar. Şahmat yarışında ilk üç pillədə təmirçi-çilingər İlqar İsmayılov, mühəndislər Elnur Rzayev və Anar Əliyev qərarlaşıblar. Dama yarışında isə mühasib Əli Niyazov bütün rəqiblərini üstələyib. Akif Nəzərov ikinci, Nicat Həsənov isə üçüncü olublar.

Tədbirin sonunda yarışlarda qalib olmuş işçilərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi