Şahmar Mövsümov: "Ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-i ÜDM-in 40-50%-ni təmin edir"

Şahmar Mövsümov: "Ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-i ÜDM-in 40-50%-ni təmin edir" Onun sözlərinə görə, bu ÜDM-i təmin edən isə ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-dir
Energetika
24 Noyabr , 2016 11:03
Şahmar Mövsümov: Ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-i ÜDM-in 40-50%-ni təmin edir
Şahmar Mövsümov

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın neft sektoru müxtəlif dövlərdə ümumi daxili məhsulun (ÜDM) istehsal həcmində 40-50% paya malik olub. “Report” xəbər verir ki, bunu Bakıda, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru (ARDNF) Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu ÜDM-i təmin edən isə ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-dir: “Bu statistik göstərici də göstərir ki, neft sektoru Azərbaycan dövlətinin gəlirlərini təmin etmək üçün mühüm olsa da, işsizliyin aradan qaldırılmasında cüzi əhəmiyyət kəsb edir. Odur ki, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Amma neft istehsal edən ölkələrdə buna nail olmaq elə də asan deyil. İlk növbədə fiskal qayda müəyyən edilməlidir ki, neft gəlirlərinin necə xərclənməsi müəyyən edilsin. Hazırda hökumət daxilində bununla bağlı araşdırma gedir ki, makroiqtisadi sabitliyi təmin edə bilək”.

Son xəbərlər

Orphus sistemi