“Şahdəniz” yatağının əsaslı xərcləri 2 dəfə artıb

Energetika
  • 02 noyabr, 2023
  • 09:45
“Şahdəniz” yatağının əsaslı xərcləri 2 dəfə artıb

Bu ilin üç rübü ərzinndə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 1 milyard 738 milyon ABŞ dollarına yaxın əməliyyat xərcləri və 653 mln ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin üç rübü ərzinndə “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 34 milyon ABŞ dolları və ya 1,9 % az, əsaslı xərclərin həcmi isə 339 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.

Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.