"Şahdəniz" yatağından indiyədək 70 mlrd. kubmetr qaz hasil olunub

"Şahdəniz" yatağından indiyədək 70 mlrd. kubmetr qaz hasil olunub Bunun 60%-i Türkiyəyə nəql olunub
Energetika
25 Aprel , 2016 09:56
Şahdəniz yatağından indiyədək 70 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 25 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 70 mlrd. kubmetr qaz və 18 mln. ton kondensat hasil olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” konfransında çıxışında bildirib.

X.Yusifzadənin sözlərinə görə, 2016-cı il aprelin 1-dək "Şahdəniz" yatağından hasil olunan qazın 5 mlrd.kubmetri Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana, 39 mlrd. kubmetrdən çoxu isə Türkiyəyə nəql olunub. O qeyd edib ki, hazırda hər gün Gürcüsana orta hesabla 2,5 mln. kubmetr, Türkiyəyə 18,2 mln. kubmetr qaz ötürülür.

SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur.

Son xəbərlər

Orphus sistemi