“Şahdəniz” yatağı üzrə əsaslı xərclər 2,2 dəfə artıb

Energetika
  • 04 may, 2023
  • 15:16
“Şahdəniz” yatağı üzrə əsaslı xərclər 2,2 dəfə artıb

Bu ilin yanvar-mart aylarında “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 678 milyon ABŞ dolları məbləğində əməliyyat və 194 milyon ABŞ dolları məbləğində isə əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

“Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi il ərzində 81 milyon ABŞ dolalrı və ya 10,7 % azalıb, əsaslı xərclərin həcmi isə 106 milyon ABŞ dolları və ya 2,2 dəfə artıb.

Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) şirkətləri iştirak edir.