“Şahdəniz” yatağı üzrə əməliyyat xərcləri 3 dəfədən çox artıb

“Şahdəniz” yatağı üzrə əməliyyat xərcləri 3 dəfədən çox artıb Əsaslı xərclərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % azalıb
Energetika
29 Aprel , 2021 15:50
“Şahdəniz” yatağı üzrə əməliyyat xərcləri 3 dəfədən çox artıb

Bu ilin birinci rübündə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təqribən 688 milyon ABŞ dollarına yaxın əməliyyat xərcləri və 188 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I rübündə “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 469 milyon ABŞ dolalrı və ya 3,14 dəfə çox, əsaslı xərclərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon ABŞ dolları və ya 17,3 % azalıb.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), "AzSD" (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi