"Şahdəniz" layihəsi üzrə əsaslı xərclər artıb

"Şahdəniz" layihəsi üzrə əsaslı xərclər artıb Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir
Energetika
13 May , 2015 19:06
Şahdəniz layihəsi üzrə əsaslı xərclər artıb

Bakı. 13 may. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 0,1 mlrd. dollar əməliyyat xərcləri və 1,1 mlrd dollar əsaslı xərclər çəkilib.

"Report"un BP-nin hesabatına istinadən verdiyi xəbərə görə, əsaslı xərclərdə ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2014-cü ilin birinci rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə $120 milyon əməliyyat xərcləri və $785 milyondan çox əsaslı xərclər çəkilib.

Məlumatda deyilir ki, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2" layihəsinə aiddir.

"Şahdəniz"də BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas(15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%) iştirak payına sahibdir. 

Son xəbərlər

Orphus sistemi