Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 13 890,9 mln. kubmetr qaz nəql edilib.
“Report”un
Qazın nəqlinin 35,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 4 891,6 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 33,86%çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.