“Şahdəniz” qazının ixracı 28%-dən çox artıb

“Şahdəniz” qazının ixracı 28%-dən çox artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19,917 milyard kubmetr qaz nəql edilib.
Energetika
18 Oktyabr , 2019 10:32
“Şahdəniz” qazının ixracı 28%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19,917 milyard kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,5% artım müşahidə olunub.

Qazın nəqlinin 37,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Hesabat dövründə bu kəmərlə 7,413 milyard kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 28,1% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Son xəbərlər

Orphus sistemi