BP gələn il AÇG və “Şahdəniz”də bir platformada təmir işləri aparacaq

BP gələn il AÇG və “Şahdəniz”də bir platformada təmir işləri aparacaq Gələn il BP şirkəti operatoru olduğu Xəzərin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz-kondensat yatağı və Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda bir platformada planlaşdırılmış təmir-sazlama işləri həyata keçirəcək.
Energetika
18 Dekabr , 2019 17:32
BP gələn il AÇG və “Şahdəniz”də bir platformada təmir işləri aparacaq

Gələn il BP şirkəti operatoru olduğu Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağı və "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda bir platformada planlaşdırılmış təmir-sazlama işləri həyata keçirəcək.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasımda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, “Şahdəniz” yatağında təmir-sazlama işləri "Alfa" platformasında aparılacaq və bununla bağlı planlaşdırılmış dayandırılma gələn ilin ikinci yarısında nəzərdə tutulur.

BP rəsmisi bildirib ki, AÇG blokunda təmir sazlama işləri isə “Çıraq” platformasında həyata keçiriləcək və burada da bu işlər gələn ilin ikinci yarısında planlaşdırılıb.

"Platformaların dayanma müddəti aparılacaq işlərin həcmindən asılı olacaq", - B.Aslanbəyli əlavə edib.

Son xəbərlər

Orphus sistemi