2020-ci il ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 1 mlrd ABŞ dollarından artıq əməliyyat xərcləri sərf edilib.
Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, 2019-cu illə müqayisədə “Şahdəniz” yatağı üzrə əməliyyat xərcləri 456 mln ABŞ dolları və ya 83,8 % çox olub.
2020-ci il ərzində “Şahdəniz” yatağı üzrə çəlikmiş əsaslı xərclər isə 942 mln ABŞ dolları təşkil edib. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 158 mln ABŞ dolları və ya 14,4 % azdır.
Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), "AzSD" (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.