“Şahdəniz-2” üçün 21 quyu qazılıb, 19-u tamamlanıb
- 06 avqust, 2021
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin II rübündə “Şahdəniz” qaz yatağındalı “Şahdəniz Alfa” platformasında quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “İstiqlal” qazma qurğusu 3 sualtı quyuda - SDF03, SDF04 və SDC05 quyularında - tamamlama işlərini bitirib. “Maersk Explorer” qurğusu SDH03 quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.
Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində dörd quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu və şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.