“Şahdəniz-2” layihəsində işləyən MMC-nin akkreditasiyası dayandırılıb

“Şahdəniz-2” layihəsində işləyən MMC-nin akkreditasiyası dayandırılıb İnspeksiya zamanı bir sıra nöqsanlar aşkar edilib
Energetika
7 Aprel , 2017 12:36
“Şahdəniz-2” layihəsində işləyən MMC-nin akkreditasiyası dayandırılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun tələblərinə əsasən, “SGS Azeri Ltd.” MMC-nin inspeksiya orqanında martın 15-17-də inspeksiya nəzarəti həyata keçirilib. Bu barədə “Report”a Komitədən məlumat verilib.

İnspeksiya nəzarəti zamanı orqanın "İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar" standartının (AZS İSO 17020-2008) tələblərinə uyğunluğu qiymətləndirilib və bir sıra nöqsanlar aşkar edilib. Belə ki, “SGS Azəri Ltd.”-nin inspeksiya orqanında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilib, orqan tərəfindən aparılan inspeksiya işlərində yeyinti məhsulları (buğda) üzrə 4 ədəd, neft-qaz və neft-kimya məhsulları üzrə 107 ədəd istifadə olunan ölçmə vasitəsi, Səngəçal Sənaye Parkında “SGS Azəri Ltd.”-nin sənaye sahəsi üzrə istifadə edilən heç bir ölçmə vasitəsi (1 il 6 ay ərzində) dövri yoxlamaya təqdim edilmədən istismar edilib.

Bundan başqa, Qaradağ rayonu Səngəçal terminalında “Şahdəniz-2” layihəsi üzrə “SGS Azəri Ltd.”-nin laboratoriyası tərəfindən 1 mart 2016-1 mart 2017-ci il tarixlərində yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 15 007 ədəd, Bakı şəhəri Nobel prospektində yerləşən Neft-qaz və neft-kimya məhsullarının sınaq Laboratoriyasında isə yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 694 ədəd sınaq aparılıb. Həmin sınaqlar “SGS Azer Ltd.” MMC-nin qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasında və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasında aparılıb.

İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən “SGS Azeri Ltd.”-nin inspeksiya orqanının, qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi