“Şahdəniz 2” layihəsi ən yaxşı mühəndislik mükafatına layiq görülüb

“Şahdəniz 2” layihəsi ən yaxşı mühəndislik mükafatına layiq görülüb BP şirkəti “The Royal Academy of Engineers” (Kraliyyət Mühəndislər Akademiyası) tərəfindən “Şahdəniz 2” layihəsinə görə ən yaxşı mühəndislik mükafatına layiq görülüb.
Energetika
12 İyul , 2019 17:22
“Şahdəniz 2” layihəsi ən yaxşı mühəndislik mükafatına layiq görülüb

BP şirkəti “The Royal Academy of Engineers” (Kraliyyət Mühəndislər Akademiyası) tərəfindən “Şahdəniz 2” layihəsinə görə ən yaxşı mühəndislik mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bu uğuru yüksək qiymətləndirdiyini vurğulayıb.

Akademiyadan bildirilib ki, “Şahdəniz 2” layihəsi Avropaya gələcək enerji tələbatını təmin etməyə kömək edəcək və qitənin daha az karbon iqtisadiyyatına keçidində əsas rol oynayacaq.

Akademiyanın mükafat komitəsinin sədri, professor Raffaella Ocone komitənin yüksək mühəndisliyə malik və əhəmiyyətli sosial təsiri olan layihəyə mükafat verməkdən qürur duyduqlarını bildirib:“Şahdəniz 2” layihəsi nəhəng texniki çağırışların necə həll olunduğunun və həyat standartlarına müsbət təsir göstərə bilən həllin təmin edildiyinin sübutudur".

Qeyd edək ki, “Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. “Şahdəniz 2” çərçivəsində ötən ildən başlayaraq Türkiyə bazarına qaz çatdırılır. Gələn il Avropaya "Şahdəniz 2" qazının nəqli nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi