Yuxarı
    Bağlamaq

    AYİB: "Şahdəniz-2 layihəsi Avropanı ümumi qaz bazarına daha da yaxınlaşdıracaq"

    Layihə 2022-ci ilədək 16 min nəfərdən çox insanın işlə təmin olunmasına kömək edəcək

    Bakı. 7 avqust. REPORT.AZ/ Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda əsas mərhələ dəniz təbii qaz yatağı layihəsi, Şahdəniz-2 mərhələsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə birlikdə 1 milyard dollarlıq maliyyə paketinin ayrılmasını təşkil edir. Belə ki, bu, Avropanın enerji təhlükəsizliyi və ümumi qaz bazarı üçün həlledici əhəmiyyətə malikdir. "Report" xəbər verir ki, bu barədə AYİB-in yaydığı məlumatda bildirilir.

    Məlumatda qeyd olunur ki, qaz yatağının işlənməsi Cənubi-Şərqi Avropanı qazla təmin edəcəkdir ki, bu region kömür və yeganə qaz təchizatı mənbəyindən asılı vəziyyətdədir. Qaz, boru xətləri şəbəkəsindən – o cümlədən layihə çərçivəsində genişləndiriləcək Cənub Qafqaz Boru Xəttindən - habelə planlaşdırılan Trans-Anadolu və Trans-Adriatik boru xəttindən keçməklə daşınacaqdır. Bu boru xətləri şəbəkəsi qazı Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsi ilə Yunanıstana və Bolqarıstana, sonra isə İtaliyaya və oradan da Avropanın daha geniş ərazilərinə daşıyacaqdır.

    “Bu, Azərbaycanda ən böyük qaz yatağının işlənmə layihəsi olacaqdır ki, bununla da, dövlət əhəmiyyətli gəlir qazanacaq və Gürcüstan, Türkiyə və Avropa ilə daha yaxın regional əlaqələrin inkişafına yardım edəcəkdir” deyə AİB-nin Özəl Sektorun Əməliyyatlar Departamentinin Direktor müavini Maykl Barrou bildirib. “AİB-nin bu işə qoşulması kommersiya banklarından uzunmüddətli bank maliyyə dəstəyinin təmin edilməsini sürətləndirib”, - məlumatda deyilir.

    Qeyd olunur ki, bu layihə enerji sektorunda Aİ-nin ən böyük prioritetlərindən biridir. "Bu əsas enerji təhlükəsizliyi məsələsidir, çünki bu marşrutları və qaz mənbələrini diversifikasiya edir,”- deyə AYİB-in Enerji və Təbii Ehtiyatlar üzrə İcraçı Direktoru Rikardo Puliti bildirib. Onun sözlərinə görə, bu enerji mənbələrinin bərpası və kömürün əvəzlənməsində körpü rolu oynamaqla karbon emissiyasını azaltmağa yardım edir: "Bu layihə həmçinin qaz üçün bazar əsaslı, mərkəzləşdirilmiş qiymət istiqamətində böyük bir addım olacaqdır ki, bu da Avropanı ümumi qaz bazarına daha da yaxınlaşdıracaq”

    “Regional əməkdaşlığa və Qara dəniz regionunda enerji səmərəliliyinə yardım etmək QDTİB-nin strateji prioritetlərinə daxildir. Biz bu layihəyə yardım etdiyimiz üçün çox şadıq, bununla, inkişaf tərəfdaşlarımız arasında sinerjinin gücləndirilməsini bir daha nümayiş etdiririk ki, bizim üzv ölkələrdə davamlı inkişaf təmin edilsin”, deyə QDTİB-nin Bankçılıq üzrə vitse-prezidenti İqor Leşukov bildirib.

    Bu maliyyə vəsaiti Şahdəniz II qaz yatağının işlənməsi layihəsində 10%-lik iştirak payına malik olan, “LUKOYL” Özəl səhmdar cəmiyyətinin törəmə şirkəti olan “LUKOIL Overseas Shah Deniz Ltd” şirkətinə ayrılacaq.

    Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) hər biri öz hesabına bu layihəyə 250 milyon ABŞ dolları məbləğində kredit verəcək (A kateqoriyalı kreditlər), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) isə AYİB və AİB ilə yanaşı, 60 milyon ABŞ dolları məbləğində paralel kredit ayıracaq. Bu maliyyə vəsaitinin yerdə qalan hissəsi bir qrup kommersiya kreditorları, yəni Çin bankının London filialı, habelə ING Bank N.V, “Société Générale” və “Unicredit Bank Austria AG” bankları tərəfindən, AYİB /AİB-nin B kateqoriyalı kreditlərinin təminatı altında ayrılacaq. Maliyyələşdirməni tamamlamaq üçün sonrakı mərhələdə bu sindikata daha bir kommersiya bankı qoşulacaq.

    Şahdəniz II yatağının şirkətlərin (BP, TPAO, Petronas, SOCAR, LUKOIL PJSC, NICO və SGC şirkətləri) əməliyyat konsorsiumu tərəfindən işlənməsinin ümumi maksimum dəyərinin 47 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.

    BP şirkəti layihə obyektlərini inşa və istismar edəcək. Bu layihə çərçivəsində hasilatın 2018-ci ildə başlanacağı gözlənilir və bu, 2022-ci ilədək 16 000 nəfərdən çox insanın işlə təmin olunmasına kömək edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi