Yuxarı

​Sabunçu və Xətai rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Məqsəd abonentlərin qaz təchizatının yaxşılaşdırılmasıdır

Bakı. 19 may. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar “Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən yeni çəkilən qaz xəttinin mövcud xəttə qoşulması və qaz kəmərində aşkar olunan qaz sızmasının ləğvi məqsədilə mayın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti, H.Aslanov qəsəbəsi, K.Kərimov, Əhmədli yolu və Zığ yolu ətrafı ərazisisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi