Sabunçu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabunçu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq Fasiləyə səbəb payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işlərinin aparılmasıdır
Energetika
6 Sentyabr , 2016 17:51
Sabunçu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 6 sentyabr. REPORT.AZ/ Payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri aparıldığından, sabah saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun Sabunçu qəsəbəsi və Bakıxanov qəsəbəsinin “Anaşkin” adlanan ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Aparılan işlərin Xəzər rayonunun Şağan və Buzovna qəsəbələri, həmçinin "Quşçuluq" yaşayış massivi ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi