Şabran, Salyan, Xaçmaz və Füzuli rayonlarının daha beş yaşayış məntəqəsinə qaz verilib

Şabran, Salyan, Xaçmaz və Füzuli rayonlarının daha beş yaşayış məntəqəsinə qaz verilib Bəzi rayonlarda isə qazın verilişi bərpa olunub
Energetika
28 İyul , 2015 16:39
Şabran, Salyan, Xaçmaz və Füzuli rayonlarının daha beş yaşayış məntəqəsinə qaz verilib

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Şabran rayonunun Pirəmsən, Salyan rayonunun Bəydilli kəndlərinə təbii qazın verilişi bərpa edilib, Xaçmaz rayonunun Qalağan kəndinə, eləcə də Füzuli rayonunun Qayıdış-6 və Qayıdış-7 qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib.

SOCAR-dan Report"a daxil olan məlumata görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şabran rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 170 abonenti olan Pirəmsən kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 510 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 170 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Salyan rayonunun 88 abonentlik Bəydilli kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, bu məqsədlə birpilləli sistem əsasında 6 092 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 88 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi