Sabirabadda iki yaşayış məntəqəsinə təbii qaz verilib

Sabirabadda iki yaşayış məntəqəsinə təbii qaz verilib
Energetika
20 Fevral , 2020 14:49
Sabirabadda iki yaşayış məntəqəsinə təbii qaz verilib

Bu gün Sabirabad rayonu Betonzavod adlanan ərazidə yerləşən yaşayış binalarının qazlaşdırılması başa çatıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bu gün 62 abonent təbii qazla təmin edilib.

Eləcə də rayonun Surra kəndinin genişlənən hissəsində də 10 abonentin qazla təminatı yekunlaşıb.

Qeyd edək ki, yaşayış məntəqələrinin qazlaşdırılması vətəndaşların və müvafiq icra hakimiyyəti orqanlarının müraciəti əsasında “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilib.