Yuxarı

​Sabirabad və İmişli rayonunun kəndlərinə qaz verilib

Açılış mərasimlərində rayon icra hakimiyyətləri və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər

Bakı. 13 iyul.REPORT.AZ/ Sabirabad rayonunun Azadkənd və Qəfərli kəndləri, eləcə də İmişli rayonunun Bəhramtəpə kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimlərində rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, Sabirabad rayonunun 380 abonenti olan Azadkənd kəndinə yenidən təbii qaz verilib, bunun üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 640 metr polietilen və 34 666 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 380 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun 115 abonenti olan Qəfərli kəndinin qazlaşdırılması üçün uzunluğu 11 679 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

İmişli rayonunun Bəhramtəpə kəndinə isə ilk dəfə olaraq təbii qaz verilib. Bəhramtəpə kəndinin 927 abonentinin qazlaşdırılması üçün 3 267 metrlik polietilen və 50 778 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 927 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi