Yuxarı
    Bağlamaq

    Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qaz verilib

    Açılış mərasimlərində rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər

    Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 24-də Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

    Açılış mərasimlərində rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər.

    472 abonenti olan Kovlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında uzunluğu 35363 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 472 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qəzli kəndinin 646 abonentinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında uzunluğu 2874 metr olan müxtəlif diametrli polietilen və uzunluğu 47 522 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 646 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi