Onun sözlərinə görə, Rusiyanın "Cənub Axını" və "Şimal Axını" ilə bağlı planları Avropanın ehtiyaclarını ödəyəcək qaz tranzitinin təşkil olunmasını nəzərdə tutur: "Beləliklə, Avropanın "Cənub Axını"na ehtiyacı yoxdur, öz ehtiyaclarını ödəmək üçün digər mənbələrdən istifadə edərək istədiyi qədər qaz əldə edəcək. Cənub Qaz Dəhlizi Aİ strategiyasında təbii qaz təchizatını diversifikasiya edən yeganə elementdir. Bu strategiyanın digər elementləri Norveç və Şimali Afrikadan ixracın artırılmasını nəzərdə tutur".
M.Brayza həmçinin qeyd edib ki, hazırda Rusiyanın "Qazprom" şirkəti "Cənub Axını" və "Şimal Axını" kimi meqalayihələr vasitəsilə təbii qazın azad bazar ticarətinin gələcək inkişafı ilə mübarizə aparmağa çalışır. "Qazprom" uğursuzluğa uğrayacaq və Avropada qazın azad bazar ticarəti prinsipi üstünlük təşkil edəcək", - deyə M.Brayza vurğulayıb.
Cənub Qaz Dəhlizinin tikintisinin Azərbaycana faydaları haqqında danışan sabiq səfir bildirib ki, bu layihənin həyata keçirilməsi böyük həcmdə sərmayələrin axınına və son illər ərzində təbii qazın satışından gələn gəlirlərin artmasına imkan verəcək: "Bundan başqa, Cənub Qaz Dəhlizi "Şahdəniz" layihəsinin ikinci fazasına axınına səbəb olacaq və Azərbaycanın neft-qaz sektoruna sərmayələrin həcmini ikiqat artırmağa imkan yaradacaq".