Sabah Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri
Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji forumu da keçiriləcək. Forumda Energetika naziri Pərviz Şahbazovun çıxışı, neft-qaz sektorunun, bərpa olunan enerji sahəsinin inkişafı, eləcə də Azərbaycanda enerji islahatlarına dair təqdimatlar nəzərdə tutulub.