Sabah Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Energetika
- 07 avqust, 2024
- 14:01
Sabah saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
"Report" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Son xəbərlər
15:32
Təxliyə olunan: "Dövlətimiz bizə arxa dayaq oldu"
İnfrastruktur15:26
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib
Digər ölkələr15:22
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib
Digər ölkələr15:10
İsrail 40 il əvvəl itkin düşmüş Ron Aradın qalıqlarını tapmaq üçün Livanda əməliyyat keçirib
Digər ölkələr14:54
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Digər ölkələr14:45
Foto
Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib
İnfrastruktur14:44
Foto
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edilib - YENİLƏNİB
Xarici siyasət14:43
Foto
Bu günədək Azərbaycan vasitəsilə 66 ölkənin 1797 vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB
Daxili siyasət14:40
Foto