Bakı. 1 sentyabr. REPORT.AZ/ Sentyabrın 2-də saat 10:00-dan 18:00-dək Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
Məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Türkan-1”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Ağdaş” və ''Ucar'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, ''Quzanlı'' və ''Qaradəmirçi'', Astara magistral qaz kəmərləri sahəsinin “Əngəvul”, ''Yardımlı'' və ''Göytəpə'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.
Məlumata görə, aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda, Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.