Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Energetika
- 24 dekabr, 2024
- 17:13
Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar dekabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə "Report"a "Azərenerji"dən bildirilib.
Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Balaxanı qəsəbəsində, Həsən Əliyev, Usta Baba Pirməmməd, Pirhüseyn Hüseynov, Hacı Sultan, Odlar yurdu, İmadəddin Nəsimi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Son xəbərlər
11:56
Azərbaycan qızıl ixracından gəlirini 46 %-dən çox artırıb
Sənaye11:55
"Azərkosmos"un ixrac gəlirləri 3 %-ə yaxın artıb
İKT11:51
Maliyyə Nazirliyi dövlət zəmanəti ilə kredit alan və büdcədən vəsait ayrılan qurumlara müraciət edib
Maliyyə11:37
DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib
Hadisə11:30
Azərbaycan U-17 millisi UEFA İnkişaf Turnirinin son oyununda Pakistanı məğlub edib
Futbol11:27
Həftəsonu 21-i əcnəbi olmaqla 1702 namizəd rezidentura imtahanı verəcək
Elm və təhsil11:18
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib
Daxili siyasət11:15
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb
Region11:14