Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 14-də saat 10:00-dan 18:00-dək Bakı şəhəri Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
Məlumata görə, fasilələr Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında aparacağı cari təmir işləri ilə əlaqədar olacaq.