Sabah Bakıda və Abşeronun bir hissəsində elektrik enerjisi kəsiləcək

Sabah Bakıda və Abşeronun bir hissəsində elektrik enerjisi kəsiləcək Sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonunun AAAF Yaşayış massivinə və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Energetika
6 Avqust , 2019 17:34
Sabah Bakıda və Abşeronun bir hissəsində elektrik enerjisi kəsiləcək

Sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonunun AAAF Yaşayış massivinə və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fasilə 110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Bundan əlavə, sabah saat 10:00-dan 16:00-a qədər Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib.

Son xəbərlər

Orphus sistemi