Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanın bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olacaq

    Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES'' qazpaylama stansiyalarında təmir işləri aparılacaq

    Bakı. 13 yanvar. REPORT.AZ/ Sabah Azərbaycanın bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. 

    Belə ki, yanvarın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl'' və “Mehdiabad'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES'' qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

    Təmir müddətində Şəmkir rayonun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı keçili, Aşağı keçili, Yuxarı bitli, Aşağı bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Abşeron rayonunun Mehdiabad qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi