Sabah Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Sabah Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offorddur
Energetika
6 Dekabr , 2023 15:09
Sabah Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Sabah Bakıda Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offorddur

Son xəbərlər

Orphus sistemi