Yuxarı
    Bağlamaq

    Sabah 4 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

    Səbəb istismar müddəti başa çatmış diametri 250 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsidir

    Bakı. 18 fevral. REPORT.AZ/ Sabah Bakının Nəsimi, Yasamal, Nərimanov rayonları, həmçinin Quba rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

    Bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Məlumata görə, istismar müddəti başa çatmış diametri 250 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 mm-lik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə fevralın 19-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A.Qurbanov və H.Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V.Çəmənzəminli və Ə.Qayıbov küçələrinin, eləcə də Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi