“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi ABŞ-ın neft şirkətlərinin – “Chevron”, “ExxonMobil” və “ConocoPhillips”in reytinqlərini bir pillə aşağı salıb.
“Report” xəbər verir ki, bu barədə agentliyin müvafiq press-relizlərində bildirilir.
Belə ki, “Chevron”un reytinqi sabit proqnozlu “AA”-dan “AA-” səviyyəsinə, “ExxonMobil”inki mənfi proqnozlu “AA”-dan “AA-” səviyyəsinə, “ConocoPhillips”inki isə “A”-dan “A-” səviyyəsinə endirilib.
“Chevron” və “ConocoPhillips”in reytinqlərinə dair sabit proqnoz şirkətlərin səhmdarların gəlirliyini və borc yükünü tarazlaşdıran sağlam maliyyə siyasətini davam etdirəcəkləri gözləntilərini əks etdirir.
“ExxonMobil”in reytinqinə dair mənfi proqnoz isə şirkətin levericinin yüksək səviyyəsi ilə müəyyən edilir və əməliyyat fəaliyyətinin borca nisbəti uzun müddət 60%-dən çox qalarsa, bu reytinqin daha da aşağı salınması ehtimalını əks etdirir.