Səudiyyə Ərəbistanı və Rusiya energetika nazirlərinin bu həftə Dohada görüşü gözlənilir

Səudiyyə Ərəbistanı və Rusiya energetika nazirlərinin bu həftə Dohada görüşü gözlənilir Noyabrın 30-u yaxınlaşdıqca neftin qiyməti arta bilər
Energetika
16 Noyabr , 2016 19:41
Səudiyyə Ərəbistanı və Rusiya energetika nazirlərinin bu həftə Dohada görüşü gözlənilir

Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiya energetika naziri Aleksandr Novak və onun Səudiyyə Ərəbistanından olna həmkarı Xalid əl-Falehin bu həftə Qətərin paytaxtı Doha şəhərində Qaz ixrac edən ölkələrin Forumunda görüşəcəyi gözlənilir.

"Report" Reuters" agentliyinə istinadən xəbər verir ki, noyabrın 17-də başlayacaq forum 18-ci dəfədir keçirilir. S.Ərəbistanından olan nazirin forumda digər neft hasil edən ölkələrin energetika nazirləri ilə görüşəcəyi bildirilib. İran tərəfinin forumda İran tərəfinin iştirak edəcəyi hələ məlum deyil.

"The Wall Street Journal" Rusiya və Səudiyyə Ərəbistanı nazirlərinin noyabrın 18-də görüşəcəkləri barədə xəbər yayıb.

"Report" xəbər verir ki, forum çərçivəsində neft hasil edən ölkələrin energetika nazirləri arasında keçiriləcək görüşlər zamanı neft bazarı üçün müsbət xəbərlərin açıqlanması ehtimalı var. Bu da son günlərdə 43 dollar/barelə qədər geriləyən "Brent" markalı neftin qiymətini 50 dollar/barelə qədər artıra bilər. 

Xatırladaq ki,Vyanada noyabrın 30-da keçiriləcək OPEC sammiti yaxınlaşdıqca neft qiymətlərində artımın müşahidə olunacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi