Səudiyyə Ərəbistanı ABŞ-a neft satışını 29 illik minimumuna endirəcək

Səudiyyə Ərəbistanı ABŞ-a neft satışını 29 illik minimumuna endirəcək Neft qiymətləri OPEC hesabatı ilə düşməyə başlayıb
Energetika
13 İyun , 2017 19:58
Səudiyyə Ərəbistanı ABŞ-a neft satışını 29 illik minimumuna endirəcək

Bakı. 13 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti ABŞ-a gündəlik neft satışının iyulda 850 min barel təşkil edəcəyini bildirib.

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu, 1988-ci ildən bu vaxtadək qeydə alınan ən minimal gündəlik satış həcmi olacaq.

Məlumata görə, iyun ayında ABŞ-a ixrac 1 mln. barel/gündən aşağı enəcək. Avqustda isə bu göstəricinin daha 100 min barel/gün azalacağı gözlənilir. Bu, son 8 ilin ən aşağı avqust satışı olacaq. Ekspertlər bu addımı qlobal neft bazarlarında neft ehtiyatlarının azalmasına dəstək kimi qiymətləndirir.

Lakin bu gün yayılan OPEC hesabatı may ayında hasilat həcminin artdığını göstərir. Bu da öz növbəsində günə müsbət dinamika ilə başlayan neft qiymətlərinin yenidən azalmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi