Ruslan Əliyev: “Ötən il “Azəriqaz”ın qaz itkiləri 7,4 % təşkil edib”

Ruslan Əliyev: “Ötən il “Azəriqaz”ın qaz itkiləri 7,4 % təşkil edib” Həcm ifadəsində ötən ilin “Azəriqaz” 44 milyon kubmetr az itki ilə başa vurub
Energetika
14 Yanvar , 2022 13:32
Ruslan Əliyev: “Ötən il “Azəriqaz”ın qaz itkiləri 7,4 % təşkil edib”

2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,4 % təşkil edib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün birlikdə keçirilən “Açıq qapı” aksiyası zamanı QHT və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu, 2020-ci ilin göstəricisindən 1,5 % azdır.

Qurum rəhbəri bildirib ki, həcm ifadəsində ötən ili “Azəriqaz” 44 milyon kubmetr qaz itkisi ilə başa vurub: “2022-ci ildə İstehsalat Birliyinin qaz itkilərinin hədəfi 6,5 % təşkil edir".

Son xəbərlər

Orphus sistemi