Ruslan Əliyev: "Ölkə ərazisində qaz qəbulunda artım müşahidə olunub"

Ruslan Əliyev: "Ölkə ərazisində qaz qəbulunda artım müşahidə olunub" Bu ilin fevral ayında “Azəriqaz” İstehsalat Biliyi ümumilikdə 980 milyon kubmetr qaz qəbul edib.
Energetika
11 Mart , 2022 11:57
Ruslan Əliyev: Ölkə ərazisində qaz qəbulunda artım müşahidə olunub

Bu ilin fevral ayında “Azəriqaz” İstehsalat Biliyi ümumilikdə 980 milyon kubmetr qaz qəbul edib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 13,3 % çoxdur: “Ötən ay sənaye xətləri üzrə 208 milyon kubmetr, əhali xətləri üzrə isə 772 milyon kubmetr qaz qəbul edilib. Bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə müvafiq olaraq 13,3 milyon kubmetr çox və 66 milyon kubmetr azdır.

R. Əliyev bildirib ki, əhali xətləri üzrə qeydə alınan azalma bu ilin fevral ayında havaların daha isti keçməsi ilə əlaqəli ola bilər: “Qeyri-əhali xətləri üzrə 79 milyon kubmetr artım qeydə alınıb”.

“Azəriqaz"ın baş direktoru deyib ki, bu ilin yanvar-fevral aylarında 2 milyrad 162,2 milyon kubmetr qaz qəbul edilib: “Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113,1 milyon kubmetr qaz qəbulunda artım deməkdir. Bu qazın 454 milyon kubmetri sənaye xətləri üzrə, 1 milyard 707,5 milyon kubmetri əhali xətləri üzrə qaz qəbul edilib”.

Son xəbərlər

Orphus sistemi