Rusiyanın regional rəhbərliyi hökümətdən benzinin qiymətindəki artımı dayandırmağı xahiş edib

Rusiyanın regional rəhbərliyi hökümətdən benzinin qiymətindəki artımı dayandırmağı xahiş edib Qubernatorun imzası ilə göndərilən teleqramda qiymətin daim artımı “əsl xaos” adlandırılıb
Energetika
3 Yanvar , 2017 14:46
Rusiyanın regional rəhbərliyi hökümətdən benzinin qiymətindəki artımı dayandırmağı xahiş edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya hökümətinə benzinin qiymətindəki artımı dayandırmaq üçün müraciət edib.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə regional rəhbərlik məlumat yayıb.

Regional hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 1-dən Sibirin regionlarında benzinin bütün markaları üzrə qiymət orta hesabla 20 qəpik artıb: "Kuzbassda benzinin 1 litrinin qiyməti 34 rubl (0,9962 manat) təşkil edir.Bu isə yerli orqanlarla olan razılıq pozularaq xəbərdarlıq edilmədən baş verib".

Məlumatda qeyd olunub ki, 2016-cı ildə ən çox satılan Aİ-92 markalı avtomobil benzinin qiyməti 1,8 rubl (0,05 manat) artıb: “Sonuncu artım 10 gün əvvəl olub. Bütün il ərzində qiymət 5 dəfə artıb. Şirkətlər əhaliyə artımın səbəbi və qiymətləndirmə mexanizmi barədə məlumat vermirlər".

Qubernatorun imzası ilə göndərilən teleqramda qiymətin daim artımı “əsl xaos” adlandırılıb. Onun fikrincə, inhisarçılar bazardakı mövqelərindən istifadə edir, kuzbasslıların marağını nəzərə almır və faktiki olaraq əhalinin “cibinə girir”: “Səbəb göstərilmir, insanlar sadəcə fakt qarşısında qalırlar-qiymətlər qaldırılıb. Bunun nəyə gətirib çıxaracağını Meksika nümunəsində görürük. Orada inhisarçılar qiymətləri o həddə artırıb ki, insanlar etiraza qalxıblar”.

Son xəbərlər

Orphus sistemi