Yuxarı
    Bağlamaq

    Rusiyanın qazın nəqlinə görə Gürcüstanla tranzit şərtləri dəyişə bilər

    Gürcüstan Ermənistana qazın nəqlinə görə tranzit haqqı olaraq pul ala bilər

    Bakı. 12 yanvar. REPORT.AZ/ Gürcüstanla Rusiyanın "Qazprom" şirkəti arasında Ermənistana nəql olunan Rusiya qazının tranzit haqqı kimi təbii qaz şəklində deyil, pul şəklində ödənilməsi ilə bağlı danışıqlar aparılır. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə energetika naziri Kaxa Kaladze bildirib: "Son iki ildə "Qazprom" şirkəti tələb edir ki, aldığımız qaza görə ödəniş xam mal kimi deyil, pul şəklində olsun. Onlar bu məsələni öz beynəlxalq təcrübələrinə əsaslanaraq qaldırıblar. Bununla əlaqədar bizim bir neçə görüşümüz baş tutub, lakin müqavilə üçün razılaşma əldə olunmayıb".

    O qeyd edib ki, Energetika Nazirliyi "Qazprom"la hazırkı sazişin dəyişdirilməməsində maraqlıdır: "Bizim "Qazprom" şirkəti ilə əlaqələrimiz 2003-cü ildən davam edir və razılaşmaya yenidən baxılması, onun qeydiyyatı hər il aparılır".

    Qeyd edək ki, Gürcüstan Rusiyanın Ermənistana nəql etdiyi qazın ümumi həcmindən tranzit haqqı kimi 10% təbii qaz alır.

    Gürcüstan 2007-ci ildən birbaşa olaraq Rusiyadan təbii qaz almır. Bu ölkənin əsas qaz təchizatı Azərbaycandan həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi