Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib

Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib Bu son 15 ilin rekord hasilatı sayılır
Energetika
10 Oktyabr , 2016 20:28
Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiyanın neft və neft kondensatı hasilatı oktyabr ayında 11,2 mln. barelə yüksələrək post-sovet dövründə orta günlük rekordunu yeniləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi dispetçer idarəsinə istinadən verilib. 

Beləliklə, oktyabr ayında gündəlik neft və neft kondensatı hasilatı sentyabr rekordunu 90 min barel/gün və ya 0,8% üstələyib. Bununla da hasilat son 15 ilin rekord səviyyəsinə çatıb.

Xatırladaq ki, hazırda İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda Rusiya neft hasilatının azaldılmasından çox dondurulması tərəfdarı olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi