Rusiyanın iqtisadi inkişaf naziri: "Neftin cari qiyməti dayanıqlı deyil"

Rusiyanın iqtisadi inkişaf naziri: "Neftin cari qiyməti dayanıqlı deyil" Yaxın bir neçə ildə neft 60 dollar/bareldən ucuz satılacaq
Energetika
20 Yanvar , 2018 13:11
Rusiyanın iqtisadi inkişaf naziri: Neftin cari qiyməti dayanıqlı deyil
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin / Report/ Orkhan Azim

Bakı. 20 yanvar. REPORT.AZ/ "Neftin 1 barelinin 70 dollara satılması dayanıqlı deyil və bazarda uzunmüddətli tarazlığı təmin etmir". 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib. 

Onun sözlərinə görə, ortamüddətli perspektivdə neftin qiyməti 60 dollar/bareldən aşağı həddə proqnozlaşdırılır: "'Əvvəlcədən bağlanmış müqavilələrə baxılarsa, bazar iştirakçılarının əksəriyyəti qiymətlərin düşməsini gözləyir".

Nazir həmçinin əlavə edib ki, indiki qiymət ABŞ və Latın Amerikası ölkələrinin neft sənayesinə investisiyaların və hasilatın həcminin artmasına gətirib-çıxaracaq. 

Son xəbərlər

Orphus sistemi