Oktyabr ayında Avropa İttifaqı (Aİ) 2023-cü ilin noyabr ayından bu yana maksimum məbləğə, yəni 701,5 milyon avroya Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alıb ki, bu məbləğin yarıdan çoxunu Fransa ödəyib.
“Report” xəbər verir ki, bu barədə “Eurostat”ın məlumatlarında deyilir.
Qeyd olunub ki, Rusiya Aİ-nin qaz idxalının ümumi dəyərində 21,2% payla ABŞ-ı qabaqlayaraq liderlər sırasında qalıb, lakin birinciliyi Əlcəzairə verib.
Aİ ölkələri oktyabrda Rusiyadan LNG üçün 701,5 milyon avro ödəyib ki, bu da bu ilin sentyabr ayı ilə müqayisədə 28%, keçən ilin oktyabr ayı ilə müqayisədə isə 26% çoxdur.
Əsas idxalçılar Fransa (366 milyon avro - maksimum 2022-ci ilin dekabrından), İspaniya (141,5 milyon avro) və Niderland (93,6 milyon avro) olub. Belçika Rusiyadan LNG alışını sentyabr ayı ilə müqayisədə demək olar ki, yarıbayarı azaldıb - 73,1 milyon avro.