Rusiyada ötən il neft hasilatı artıb

Rusiyada ötən il neft hasilatı artıb Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ildə Rusiyada neft və qaz kondensatı hasilatının həcmi 2017-ci illə müqayisədə 1,6% artaraq 555,84 mln. ton təşkil edib.
Energetika
2 Yanvar , 2019 11:39
Rusiyada ötən il neft hasilatı artıb

Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ildə Rusiyada neft və qaz kondensatı hasilatının həcmi 2017-ci illə müqayisədə 1,6% artaraq 555,84 mln. ton təşkil edib.

“Report” bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.

2018-ci ildə orta gündəlik hasilatın həcmi isə 11,16 mln. barel olub.

Dekabr ayında Rusiyada neft və qaz kondensatı hasilatının həcmi 2017-ci ilin analoji ayından 4,5% çox olub və 48,44 mln. ton təşkil edib. Dekabrda orta gündəlik hasilatın həcmi 11,45 mln. barel səviyyəsində olub.

Son xəbərlər

Orphus sistemi