Rusiyada benzinin qiymətləri artırılır

Rusiyada benzinin qiymətləri artırılır Yanacağın qiyməti 1,3% artım göstərəcək
Energetika
18 Sentyabr , 2017 19:21
Rusiyada benzinin qiymətləri artırılır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanından sonra Rusiya hökuməti də yanacaq aksizlərini əlavə olaraq artırmaq qərarı alıb. 

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə hökumətin 2018-ci il büdcə görüşmələri zamanı qərar verilib.

Artımın iki mərhələdə həyata keçiriləcəyi və hər dəfə yanacağın litr qiymətinin 0,5 rubl (8,6 sent) artacağı nəzərdə tutulub. Artımın dövlət büdcəsinə 60 mlrd. rubl və ya 1,03 mlrd. ABŞ dolları əlavə gəlir gətirəcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda Rusiyada 92 oktanlı benzinin litrinin qiyməti təxminən 37 rubl (0,64 sent) təşkil edir. Bu da o deməkdir ki, artım təxminən 1,3%-ə bərabər olacaq. 

Son xəbərlər

Orphus sistemi