Rusiyada "Aİ-92" markalı benzinin birja qiyməti rekord həddə çatıb

Energetika
  • 03 avqust, 2021
  • 13:03
Rusiyada Aİ-92 markalı benzinin birja qiyməti rekord həddə çatıb

Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında "Aİ-92" markalı benzinin qiyməti növbəti dəfə rekord vurub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu gün benzinin hər tonunun qiyməti 0,3% artaraq 57 602 rubl təşkil edib.

Bundan əvvəlki rekord bu il iyulun 22-də qeydə alınıb. O zaman bu markadan olan benzinin dəyəri bir ton üçün 55 597 rubl olub.

Son xəbərlər

Bütün Xəbər Lenti